AZ

3-cü qan qrupuna sahibsinizsə...

Yaponiyada heç kəs sizin bürcünüzlə maraqlanmır. Ancaq 3-cü qan qrupuna sahibsinizsə, yaponlar sizinlə ünsiyyət qurmağa çəkinirlər. Yerli sakinlər əmindirlər ki, qan qrupunun xarakterə əhəmiyyətli təsiri var. Yaponlar hətta qan qrupunun insan taleyinə təsiri olduğunu da iddia edir.
Məsələn, 1-ci qrupdan olan insanlar uğurlu, çalışqan və optimist hesab olunurlar. Onlarla ortaq dil tapmaq çox asandır.
Əgər 2 qan qrupuna sahibsinizsə, yaponlar sizdə mükəmməllik və məsuliyyət görəcəklər. Adətən bu insanlar münaqişələrdən qaçmağa çalışır və çox emosional deyil.
3-cü qan qrupu olan insanlar çox azad, müstəqil, başınabuyruq və ifrat doğru danışmaqları ilə yaponları qorxudur.Onlar gözlənilməzlikləri və çərçivədən kənar çıxanları xoşlamır. Bu inanca görə 3-cü qan qrupundan olanlar işə düzəlməyə ən çox çətinlik çəkənlərdir.
Yaponların şəxsiyyət vəsiqələrində mütləq qan qrupu bildirilir.
4-cü növ qan qrupu olanlar Yaponiyada sirli və nadir insanlar sayılır.
Yaponların fikrincə, bu qrupa sahib olanlar istənilən problem asanlıqla həll edə bilər. Bu cür insanlar gah çox emosional, gah çox rasional olur. Bu da onların əslində necə biri olduqlarını anlamağa çətinlik yaradır. Belə insanlar adətən idarəçi vəzifələrdə çalışır.

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
saglamolun.az

1Mənbələr