AZ

Bu gün Azərbaycan 1-ci liqasında yeni mövsüm başlayacaq 

Bu gün Azərbaycan 1-ci liqasında 2024/2025 mövsümünə start veriləcək. 

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Turun açılış oyununda "Karvan" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq. 

Qeyd edək ki, turun digər oyunları 12-13 sentyabr tarixlərində keçiriləcək. Turnirin qalibi yeni mövsümdə Azərbaycan Premyer Liqasında oynamaq hüququ qazanacaq.  azal vakansiya

11 sentyabr (çərşənbə)

17:00. “Karvan” – “Qaradağ Lökbatan”

Yevlax şəhər stadionu

12 sentyabr (cümə axşamı)

16:30. “Difai” – “Cəbrayıl”

Şamaxı OİK stadionu

18:00. “İmişli” – “Baku Sportinq”

Tovuz şəhər stadionu

13 sentyabr (cümə)

17:00. MOİK – “Mingəçevir”

Lökbatan OİK stadionu

17:00. “Qəbələ” – “Zaqatala”

Qəbələ şəhər stadionu 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
yenisabah.az

10Mənbələr