Sentyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu ucqar dağ kəndi olan Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, tədbir öncəsi Taleh Qaraşovla birgə rayon prokuroru, şəhər-rayon polis idarəsinin rəisiGəgiran şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
İcra başçısı ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Taleh Qaraşov ucqar dağ kəndinin sakinlərini birbaşa dinləyib. Bildirilib ki, cənab Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbullar insanların problemlərinəhəssas yanaşılması və onların həlli istiqamətində bütün mümkün imkan və vasitələrin səfərbər edilməsinə yönəlib.
Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri səmimi dialoqa və qaldırdıqları məsələlərə həssas yanaşılmasına görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Ucqar dağ kəndinin sakinləri vətəndaş-məmur münasibətlərindəki məmnunluq səviyyəsinin artdığını, müraciətlərinə həssas yanaşıldığını və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.