AZ

İtaliya və Macarıstan dünya güclərinə təslim olmayacaq - Orban

Macarıstanın baş naziri Viktor Orban İtaliya və Macarıstanı azadlıq uğrunda mübarizə aparan və heç vaxt Brüsselə, dünya güclərinə və miqrantlara təslim olmayacaq iki ölkə adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orbanın kabinetində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Biz heç vaxt təslim olmayacağıq - nə Brüsselə, nə dünya güclərinə, nə də miqrantlara", - Orban Pontida şəhərində İtaliya Liqası partiyasının şənliyində çıxışı zamanı deyib.

Kovaçın sözlərinə görə, Macarıstanın baş naziri İtaliyanın baş nazirinin müavini, Liqa partiyasının lideri Matteo Salvinini tərifləyib, onu İtaliyanın sərhədlərinin təhlükəsizliyinə və Avropa ölkələrinin qorunmasına görə Macarıstanda qəhrəman adlandırıb. Orban vurğulayıb ki, Salvini təqibə deyil, tanınmağa layiqdir.

Seçilən
120
3
bakivaxti.az

10Mənbələr