AZ

Benzya, Mossi və Mutsinzi Afrika Millətlər Kubokunda oynadılar

Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasının heyətində növbəti oyuna çıxıb.

Arena.az xəbər verir ki, Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 1-ci raundu çərçivəsində baş tutan Liberiya ilə oyunun iştirakçısı olub.

Səfərdə baş tutan görüş Əlcəzair yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Benzya matça ehtiyatda başlayıb və 77-ci dəqiqədə meydana daxil olub.

Əlcəzair millisi bu qələbədən sonra yer aldığı E qrupunda 6 xalla birinci sırada qərarlaşıb. Qrupda Liberiya ilə yanaşı, Ekvatorial Qvineya və Toqo yığmaları da yer alır.

Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 64 oyuna çıxıb, 19 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

29 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 10 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Tresor Mossi Seneqala məğlubiyyətə üzüldü

“Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi də Burundi yığmasının heyətində növbəti matçını keçirib. 23 yaşlı futbolçunun komandası da eyni turnirdəki ikinci sınağında Seneqalı qəbul edib və 0:1 hesabıyla məğlub olub. Tresor 57-ci dəqiqədə meydana buraxılıb.

L qrupunda yer almış Burundi hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupda Burkina Faso və Malavi yığmaları da yer alıblar.

Tresor Mossi 2023-cü ilin avqustundan “Sumqayıt”ın uğurları üçün çalışır. Onun bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. Mossi “Sumqayıt”da 39 oyuna çıxıb, 1 assistlə yadda qalıb. 2020-ci ilin yanvar ayında Burundi yığmasında debüt etmiş Tresor, indiyə qədər millidə 6 oyun keçirib.

Ange Mutsinzi Nigeriyaya qarşı 90 dəqiqə oynadı

“Zirə”nin futbolçusu Ange Mutsinzi də Ruanda yığmasında növbəti matçına çıxıb. O, Afrika Millətlər Kubokunun 1-ci mərhələsinin 2-ci turu çərçivəsində Nigeriyaya qarşı oyunda iştirak edib. Doğma meydanda baş tutan bu oyunda hesab açılmayıb. Start heyətində yer alan 26 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub.

Ruanda yığması 2 turdan sonra 2 xalla D qrupunda 3-cü pillədə yer alır. Bu qrupda Benin və Liviya yığmaları da var.

Ange Mutsinzi “Zirə”yə bu yay Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində hələlik 12 oyun keçirib.

Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 24 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
arena.az

2Mənbələr