AZ

ABŞ Krıma qarşı yeni sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası sentyabrın 9-da Krım körpüsündə və ya yarımadanı materik Rusiya ilə birləşdirən alternativ yeraltı tuneldə işlərdə iştirak edən şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Layihənin təşəbbüskarı parlamentin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin ən yüksək rütbəli demokratı olan konqresmen Qreqori Miksom olub. Sənəddə Amerika administrasiyasının Krım körpüsünün və ya onun alternativi kimi görünə biləcək tunelin saxlanmasında iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etməsi tələbi var.


Havar Şəfiyeva

Seçilən
9
5
yeniazerbaycan.com

7Mənbələr