AZ

Vyetnamda təbii fəlakət nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Vyetnamda “Yaqi” qasırğası nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb.

Editor.az bildirir ki, bu barədə AFP yerli hökumətin məlumatlarına istinadən xəbər verir. Daha 58 nəfər hələ də itkin sayılır.

AP-nin məlumatına görə, Vyetnamın şimalında qəfil daşqın bütöv bir kəndi yuyub apardıqdan sonra qurbanların sayı artıb. Nəticədə azı 16 nəfər ölüb, onlarla insan itkin düşüb. Kənd Təsərrüfatı Nazirliyi əlverişsiz hava şəraiti səbəbindən 210 min hektara yaxın əkin sahəsinin məhv olduğunu bildirib. 700-dən çox insan yaralanıb.

Xatırladaq ki, “Yaqi” super tayfunu sentyabrın 1-də Cənub-Şərqi Asiyanı vurub. Filippin, Çin və Honq Konqda da ölümlərə səbəb olub. Filippin Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması Şurası təbii fəlakətin vurduğu zərəri 1,36 milyard Filippin pesosu (27,57 milyon dollar) səviyyəsində qiymətləndirib.

//Samir Qurbanov, Editor.a

Seçilən
124
1
editor.az

2Mənbələr