AZ

“Central Hospital” cərimələndi

Binəqədi rayonunda fəaliyyət göstərən “Central Hospital” barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən hospital İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Central Hospital”la bağlı başladılmış iş baxılması üçün Binəqədi Rayon Məhkəıməsinə göndərilib. 18 sentyabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.
Roman

Seçilən
117
3
tribunainfo.az

10Mənbələr