AZ

London və Vasinqton Rusiyaya zərbə endirmək məsələsini müzakirə edəcək


ABŞ bir neçə həftə ərzində Ukraynaya Rusiya hədəflərinə qarşı uzaqmənzilli qanadlı raketlərdən istifadə etməyə icazə verə bilər. Bu barəsə The Times nəşri yazır.


Nəşr yazır ki, ABŞ dövlət katibi Entoni Blinken və onun britaniyalı həmkarı Devid Lemmi  Kiyevdə Rusiya Federasiyasına qarşı "Storm Shadow" raketlərinin tətbiqini müzakirə edəcəklər. 

Eyni zamanda, "The Times” ABŞ-ın eskalasiya qorxusundan "dərin şübhələri” olduğunu xatırladır. Vaşinqton xüsusilə Rusiyanın nüvə silahı yerləşdirməklə cavab verə biləcəyindən narahatdır.

Bununla belə, Britaniya hökumət mənbələri indi ABŞ-ın mövqeyinin dünya liderlərinin bu ayın sonunda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında keçiriləcək görüşü ərəfəsində dəyişə biləcəyinə inanırlar. Whitehall-dakı mənbə, ABŞ administrasiyasındakı bəzi dairələrin fikirlərini dəyişdiyini, lakin hələ də prezident Co Baydeni və başqalarını inandırmaq lazım olduğunu təklif edib.

Nəşr xatırladır ki, məsələ hələ həllini tapmayıb və yalnız müzakirə olunacaq.
 
Aytac

www.anews.az
Seçilən
113
35
anews.az

10Mənbələr