AZ

Babək prospektində zəncirvari qəza: "Prius" VAZ-2106-a çırpıldı - Anbaan görüntülər

Paytaxtın Babək prospektində zəncirvari qəza baş verib.

 

Modern.az xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Görüntülərdə "Prius" markalı avtomobilin VAZ-2106 markalı avtomobilə çırpılıb. VAZ-2106 isə öz növbəsində digər maşına dəyib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən hadisə ilə bağlı açıqlama verilib. Qurumdan bildirilib ki, yol-nəqliyyat hadisəsi 9 sentyabr saat 06:40-da qeydə alınıb.

 

"Hadisə zamanı 77-LH-463 dövlət nömrə nişanlı "Prius", 02-BU-954 dövlət nömrə nişanlı VAZ-2106 və 10-DB-021 dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub.

 

Hadisə "Prius" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi səbəbindən baş verib. Nəticədə o qarşıda hərəkətdə olan VAZ-2106 markalı nəqliyyat vasitəsinə çırpılıb, idarəetmədən çıxan VAZ-2106 isə arxadan gələn BMW markalı nəqliyyat vasitəsinə çırpılıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Başı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır", - açıqlamada deyilir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
modern.az

10Mənbələr