AZ

"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov

Müsavat Partiyasından Ərzulla Bulud və REAL Partiyasından Natiq Cəfərlinin müraciətlərinə sabah baxacağıq.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sabah 2 müraciətə baxılacaq: “Onlarda olan görüntülərə biz dünən baxmışıq. Müraciətdə karusel olduğu deyilib. Qadını çöldə tutub deyirlər ki, sən o biri məntəqədə səs vermisən. Məntəqənin çölündə kiminsə çəkilməsi bizim üçün əsas deyil. Əsas məntəqənin içərisində bir nəfərin 2 dəfə səs verməsini çəkməyinizdir. Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm. Bizim bunun əsasında qərar çıxartmaq ixtiyarımız yoxdur. İctimaiyyət başa düşməlidir ki, biz məntəqənin çölündə olanı əsas götürə bilmərik”.

Seçilən
178
50
unikal.az

10Mənbələr