Tacikistanın baş müftisi Düşənbənin mərkəzi məscidi yaxınlığındakı hücumda bıçaqla yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, cinayətkar saxlanılıb.
“Baş müfti yüngül yaralanıb və xəstəxanaya yerləşdirmə tələb olunmayıb”, – hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az