NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer, İkinci Dünya müharibəsindən sonra ən çox qarşıdurmaların yaşandığı ən təhlükəli dünya ilə qarşılaşdıqlarını vurğulayaraq, “Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”, – deyib.
Bauer Cənubi Koreyanın paytaxtında keçirilən “Seul Müdafiə Dialoqu 2024” konfransının açılışındakı çıxışında Avropa və Asiyanın təhlükəsizliyini dəyərləndirib.
Rusiya-Ukrayna böhranının qlobal əks-səda doğurduğunu qeyd edən Bauer ərzaq, enerji və miqrasiyadan silah kimi istifadə edildiyini və bütün dünyada avtokratik liderlərin bu prosesə kömək etdiyini bildirib.
Tektonik güc təbəqələrinin dəyişdiyini bildirən Bauer, İkinci Dünya müharibəsindən sonra ən çox münaqişələrin baş verdiyi ən təhlükəli dünyada yaşadığımızı qeyd edib.
Bölünmə yaratmağa çalışdıqlarını ifadə edən Bauer, “Nöqtələrin necə birləşdiyini görməyimiz vacibdir. Çünki bu hiper bağlı çağda Avropa və Asiyanın təhlükəsizliyini bir-birindən ayırmaq olmaz”, – deyib.
***
Admiral Bauer NATO-nun Şimali Koreyanın davam edən ballistik raket sınaqlarını kəskin şəkildə pislədiyini təkrarlayaraq, Rusiya və Şimali Koreya arasında dərinləşən hərbi əməkdaşlığının Koreya yarımadasında sülhə xələl gətirdiyini bildirib.
Şimali Koreyanın raket və nüvə proqramlarının qlobal təhlükəsizliyə təhdid olduğunu ifadə edən Bauer, son vaxtlar Çin gəmilərinin Cənubi Çin dənizində Filippin gəmilərini “qəsdən vurması”nın görüntülərini izlədiklərini bildirib.
“Çin bir daha dünyaya naviqasiya azadlığına inanmadığını və beynəlxalq dəniz qanunlarına hörmət etmədiyini nümayiş etdirir”, – Bauer deyib.
Pekinin Moskvanın müdafiə sənayesinə də geniş miqyaslı dəstək verdiyini iddia edən Bauer, Çini Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici vasitəçi olaraq xarakterizə edib.
***
Artan qarşıdurma səviyyəsinə və inamsızlığa ən yaxşı cavabın həmişəkindən daha sıx bir yerdə dayanmaq olduğunu ifadə edən Bauer, “Çəkindirmət, gecə klubunun qarşısındakı 2 metr boyda güvənlik işçisidir ki, bu da sizi içəri girmək istəyib-istəmədiyiniz barədə iki dəfə düşünməyə vadar edir. Əsas odur ki, inandırıcı olmaq üçün siyasi iradə və hərbi qabiliyyət olmalıdır ki, lazım gəldikdə qətiyyətlə hərəkət edə biləsiniz. Çünki söhbət kollektiv müdafiədən söhbət düşəndə, vaxt sizin tərəfinizdə deyil. Bu, Avro-Atlantik və Hind-Sakit Okean hövzəsinə də aiddir”.
NATO-nun Hind-Sakit okean tərəfdaşları Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiya ilə silahlara nəzarət, kibermüdafiə və dəniz təhlükəsizliyi də daxil olmaqla “çox səviyyəli əməkdaşlıq” qurduğunu qeyd edən Bauer, “NATO regional təşkilatdır və belə qalacaq. Lakin təhlükəsizlik məsələsinə gəldikdə, yerli deyə bir şey yoxdur”, – deyib.