Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsmixan Aslanovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib və o, 3 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və İsmixan Aslanov məhkəmə iclas zalından həbs olunub.
İttihama görə, İsmixan Aslanov 05 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində tanışı, zərərçəkmiş Ramiz Atabalayevlə mübahisə edib. Buna səbəb isə kənar şəxslərin yanında zərərçəkmişin ona qarşı nalayiq ifadə işlətməsi olub. Sonra onlar Ramizin təklifi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi 75 nömrəli evinin qarşısına gələrək yaranmış mübahisəni davam etdiriblər. Nəticədə İsmixan üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Ramizin qarın nahiyəsinə qəsdən zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra İsmixan Aslanov saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov