AZ

ƏMAS altsistemində əmrlərin qeydiyyatı ilə bagli 5 SUAL- CAVAB

Diqqət! MKS Academy əmək qanunvericiliyinə aid son dəyişikliklərin izahı ilə bagli yeni nəşr hazırlayıb. “Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələbinin izahı " kitabını sifariş etmək üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və ya [email protected]  adressi ilə əlaqə saxlamaq lazımdır.Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində əmrlərin qeydiyyat üçün yeni bölmə hazırlanaraq  insan resusları sahəsində çalışan mütəxəssislərin ixtiyarına verilib. Həmkarlarımızın ƏMAS altsistemində əmrlərin qeydiyyatı bagli suallarını nəzərə alaraq bəzi məqamları sual-cavab formasında hazırladıq.Sual 1: İşəgötürən ƏMAS alstistemində əmrlərin qeydiyyatını aparmaq üçün hansı bölməyə daxil olmalıdır?Cavab: Əmrlərdən isitfadə etmək üçün işəgötürən tərəfindən ƏMAS---- Əmrlər---Əmr yarat--Digər əmrlərin qeydiyyatı bölməsinə daxil olmaq lazımdır.   İşəgötürən həmin bölmədə açılan pənçərədə müvafiq əmr formasını seçməlidir.Sual 2.  İşəgötürən hansı əmrlərin qeydiyyatını ƏMAS altsistemində həyata keçirilməlidir və işə qəbul əmri mütləq olaraq proqram təminatına işlənməlidir?Cavab:  ƏMAS altsistemində  20-ə yaxın əmr formasının qeydiyyatı həyata keçirilib. İşəgötürən vəzifə dəyişikliyi, qısaldımış və ya natamam iş vaxtının tətbiqi, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, intizam tənbehi və s. məsələlərlə bağlı əmrləri ƏMAS altsistemində həyata keçirməlidir. Məzuniyyət və xitamla bagli əmrlərin qeydiyyatı avtomatik olaraq həyata keçirildiyi üçün ƏMAS altsistemində əmrlərin qeydiyyatına ehtiyac duyulmur. Bundan əlavə, bəzi əmrlər var ki, onların qeydiyyatı hələ ki ƏMAS altsistemində nəzərə alınmayıb. Misal üçün ƏMAS altsistemində ezamiyyə ilə bağlı əmrlərin hələ ki qeydiyyatına ehtiyac duyulmur.Bir məsələni də qeyd edək ki, Əmək Məcəlləsində işə qəbul əmri mütləq tələb hesab edilmədiyi üçün həmin əmrin hazırlanmasına ehtiyac yoxdur. Sadəcə işçinin başqa vəziyə təyin etməsi və ya başqa işçinin əvəz etməsi ilə bağlı əmrlər ƏMAS altsistemində qeydiyyata alınmalıdır.Sual 3. İşəgötürən əmr formasını ƏMAS altsistemində hazırlamalıdır yoxsa hazırlanmış əmrlərin surəti əlavə olunmalıdır?Cavab: ƏMAS altsitemində “Digər əmrlərin qeydiyyatının aparılması” bölməsində “Əmrin əlavə olunması” altbölməsi mövcuddur. Həmin bölmədən göründüyü kimi, işəgötürən kağız formada hazırladığı əmrin surətini müvafiq əmrlə bagli altbölməyə daxil etməlidir.Sual 4.  İşəgötürən tərəfindən ƏMAS altsistemində əmrlərin qeydiyyatını həyata keçirmək məcburidir?Cavab: Son dəyişiklik nəticəsində  Əmək Məcəlləsinin 85-ci maddəsinə 1-1-ci hissə əlavə edilib. Həmin bənd  elektron sənəd formasında bağlanılmış əmək müqavilələri ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-1-ci hissəsinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir.Maddənin tələblərindən göründüyü kimi, işəgötürəndən ƏMAS vasitəsilə bağlanan əmək müqavilələrinin və ya  tərtib edilən əmrlərin uçotunun xüsusi kitab (jurnal) və ya kompüterdə xüsusi proqramla  aparılması tələb olunmur.  Bu səbəbdən də, İşəgötürən elektron sənəd formasında bağlanılmış əmək müqavilələri ilə bagli əmrlərin ƏMAS altsisistemində qeydiyyatının həyata keçirməsi məcburi tələbdir.Sual 5. ƏMAS altistemində əmrə müvafiq ərizə bagli proses necə tənzimlənməlidir?Cavab:  ƏMAS altsistemində əmrlərin qeydiyyatı ilə bagli ərizələr haqqında məlumatların da ƏMAS altsisteminə qeyd edilməsi nəzərdə tutulub. Əmrlər üzrə eyni forma hazırlandığı üçün bəzi hallar üçün ərizənin əlavə olunması məcburi, bəzi hallarda isə könüllüdür. Misal üçün, əvəzgünün verilməsi ilə bagli əmrdə ərizənin qeyd edilməsi məcburidirsə, xidmət fəaliyyətin araşdırılması ilə bagli əmrdə isə “*” işarəsi olmadığından üçün ərizənin əlavə edilməsi mütləq tələb hesab edilmir.Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 21 sentyabr 2024-cü il (şənbə günü) tarixdə keçirilən “Məzuniyyət və iş vaxtının ucotu” mövsuzunda tematik təlimdə xüsusi olaraq ƏMAS altsistemində əmrlərin qeydiyyatı prosesi geniş şəkildə izah olunacaq.  Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və ya [email protected]  adressi ilə əlaqə saxlamaq lazımdır.

Seçilən
53
mks.az

1Mənbələr