AZ

Son 1 gün! - sabah Formula 1 Azərbaycan Qran-Prisi başlayır

Image

Formula 1 Azərbaycan Qran-Prisi 2024 üçün geri sayım başlayıb. Bakı Şəhər Halqası (BŞH) rekord sayda azarkeşi qarşılamağa hazırdır. Avtoidmanın zirvəsi sayılan Azərbaycan Qran-Prisinin Bakı küçələrinə qayıtmasına saatlar qalıb. Bakı Şəhər Halqası sentyabrın 13-15-də baş tutacaq yarışın sonuncu hazırlıqlarını tamamlayır.

Əvvəlki illərdən fərqli olaraq, azarkeşlər bu il Formula 1-in məşhur bütün əyləncəli aktivasiyalarını Bulvar ərazisində görə biləcəklər. Ən populyar aktivasiyalardan biri “Pit Stop Challenge”dir. Burada azarkeşlər F1 bolidinin təkərlərini mümkün olan ən qısa zamanda dəyişməyə çalışırlar. Günün ən sürətli komandası mükafatlar, o cümlədən imzalı əşyalar və paddok turu qazanmaq şansı əldə edəcək.

Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan-Forum keçiriləcək. Burada səhnənin qarşısında təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcək. Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər F1 ulduzlarına öz suallarını verib, onlardan avtoqraf almaq və şəkil çəkdirmək imkanı əldə edəcəklər.

Fərqli texnoloji təcrübələri sevənlər üçün isə “Giant Helmet” çox maraqlı olacaq. Fanatlar nəhəng F1 dəbilqəsinin köməyi ilə virtual reallıqda öz sürücü dəbilqələrini dizayn edəcək və bu unikal təcrübəni sosial mediada paylaşa biləcəklər.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
11
baki-xeber.com

10Mənbələr