AZ

Belçika hava limanında tətil: bütün uçuşlar ləğv edildi

Belçikanın “Şarlerua” Hava Limanında bütün reyslər ləğv edilib.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb işçilərin tətil elan etmələridir.

Buna görə də ölkənin ikinci ən böyük hava limanı bütün gələn və gedən uçuşların ləğv edildiyini açıqlayıb.

Açıqlamada bu gün uçuşu olanlardan hava limanına gəlməmələri istənilib və sərnişinlərin biletləri aldıqları şirkətlərlə əlaqə saxlamaları lazım olduğu bildirilib.

Hava limanı işçiləri iş şəraitinin yaxşılaşdırılmasını, həddindən artıq yüklənmənin azaldılmasını və rəhbərliyin sərt münasibətini dəyişməsini tələb edirlər.

 

Sadiq Cavadov

Seçilən
97
1
iqtisadiyyat.az

2Mənbələr