AZ

Hazırlaşın, Cənuba gedirik! – İran paytaxtı niyə dəyişir?

“İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtını Tehrandan köçürmək barədə düşündüklərini bildirib. Pezeşkian açıqlamasında " paytaxtı cənuba köçürməkdən başqa çıxış yolumuz yoxdur " deyə müraciət edib. 200 ildir ölkənin mərkəzi olan Tehranın başqa şəhərlə əvəz edilməsi məsələsi uzun müddətdir ki, İranda müzakirə mövzusudur. Hətta bununla bağlı 2013 - cü ildə müvafiq qərar qəbul edilsə də real addımlar atılmamışdı”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Ekspert:

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, “ölkə rəsmiləri paytaxtın köçürülməsinə səbəb kimi əhalinin sayının şəhərdə çoxalması və sıxlıq yaranması ilə izah edirlər. Məsələnin pərdə arxası ilə həm yerli, həm də qlobal problemlərlə bağlıdır. Uzun müddətdir ki, Tehranda fəaliyyət göstərəntikinti mafiyasının şəhərdə inşa etdiyi binalar Tehranıngörüntüsünü olduqca bərbad hala salıb. Həmçinin hazırda paytaxtda ekoloji böhran hökm sürür. Tehranın əvvəlki merləri Mahmud Əhmədinejad, Məhəmməd Bagir Qalibafvə Məhəmmədəli Nəcəfinə qədər çalışsa da Tehrandakı mövcud olan qanunsuz tikintilərin qarşısını ala bilmədi. Nəcəfi vəzifəyə seçilərkən bununla bağlı sərt addımlar atmağa çalışsa da bacarmadı və bu onun bu vəzifədən getməsi ilə nəticələndi. İkinci bir məsələ isə həqiqətən də şəhərdəəhalinin sayının çoxalmasıdır. Regionlarda artan işsizlik insanları paytaxta axın etməyə sövq edir. 686 kv km sahəsiolan şəhərin ərazisində hazırda 9 milyondan çox adam yaşayır. Başqa bir önəmli amil isə İranın şimalındakı iqtisadi zonaların iflasıdır. Azərbaycan əyalətlərinin yerləşdiyi ölkənin şimalı ağır iqdisadi - sosial böhranın içərisindədir. Prezident Məsud Pezeşkian özü də bir müddət əvvəl bunu etiraf etmişdi. Maraqlıdır ki, İran rəsmiləri ölkənin şimalında və mərkəzi hissəsində vəziyyəti düzəltmək əvəzinə cənuba doğru çəkilməyi üstün tutur. Belə anlaşılır ki, mövcud hökumətin İranın şimal və mərkəzi hissəsinin iqdisadi cəhətdən inkişafı üçün heç bir konkret proqramı yoxdur. Həmçinin regionda yaranan yeni geosiyasi vəziyyətdə də Iranın şimala doğru inkişaf etmək planlarını puça çıxarır. Buna görə də Pezeşkian hökuməti və ölkəninali rəhbərliyiəsas diqqəti cənuba doğru yönəldərək körfəz və ərəb ölkələri yeni ittifaqlar qurmaq niyyətindədir. Bu həm siyasi, həm də iqdisasi cəhətdən İranın yeni nəfəslik qazanmasına səbəb olacaq addımdır”.

Politoloq əlavə olaraq bildirib ki, “HƏMAS lideri İsmayıl Xaniyənin Tehranda öldürməsi də şəhərin təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğunu göstərir. İndi İran özünə cənubda daha təhlükəsiz, rahat şəhər tapmalıdır. Pezeşkian hökuməti paytaxtı köçürmək istəyirsə bunun üçün 2 yolu var. Ya yeni şəhər salınmalıdır ki, bu İrana baha başa gələcək məsələdir. Rəsmi Tehranın iqdisadiyyatı hazırda çox da ürəkaçan deyil və bu kimi əlavə xərcə girəcəyi gözlənilən deyil. İkinci varinat isə mövcud şəhərlərdən birinin İranın yeni paytaxtı olaraq seçilməsidir. Bu daha inandırıcı variantdır. Ölkənin cənubuna doğru 2 şəhər paytaxt olmaq üçün sərfəli mövqeyə malikdir. Həm İsfahan, həm də Şiraz öz inkişaf göstəriciləri, coğrafi mövqeyinə görə İranın yeni mərkəzi ola bilərlər. Bu şəhərlər əvvəllər də paytaxt kimi istifadə edilib. İsfahan uzun müddət Səfəvilərin, Şiraz isə zəndlilərin mərkəzi olub. Həm tarixilik, həm də iqdisadi inkişaf səviyyəsinə görə bu şəhərlər ölkənin əsas bölgələridir. Hazırda əsas müzakirə edilən paytaxtın məhz İsfahana köçürülməsidir. Bu şəhərdə təxminən 2 milyona qədər əhali yaşayır. İsfahan Məşhəddən sonra ölkənin ən çox turist gətirən şəhəridir. Digər yandan İran rəhbərliyi İsfahanı paytaxt elan etməklə Səfəvi imperiyasının varisliyini sübut etməyə çalışır. Şah Abbasın paytaxt kimi seçdiyi İsfahan səfəvilərsona qədər etibarlı mərkəz kimi istifadə ediblər. Paytaxtın köçürülməsi ilə İran rəhbərliyi mərkəzin təhlükəsizliyini düşünsə də bu birmənalı olaraq ölkənin şimalı və mərkəzi hissələrində vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Buna görə də mərkəzi cənuba doğru köçürmək istəyən Pezeşkian hökuməti şimal bölgəsinin iqdisadi potensialını gücləndirəcək lahiyyələr hazırlamalıdır. Ancaq Qərbin sanksiyaları və uğursuz iqdisasi komanda səbəbindən rəsmiTehranın bu lahiyyələri həyata keçirəcə biləcəyi çox da inandırıcı deyil”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
176
50
turkustan.az

10Mənbələr