Argentina yığmasının qapıçısı Emiliano Martines Kolumbiya yığması ilə oyundan sonra yol verdiyi davranışa görə cərimələnəcək.
Arena.az bu barədə “canalrcn.com” dərgisinə istinadən məlumat verir.
Belə ki, Martines DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin 8-ci turu çərçivəsində Kolumbiya yığması ilə səfər oyununda məğlubiyyətdən (1:2) sonra televiziya operatorunun videokamerasına zərbə endirib.
Vurğulanır ki, oyun rəsmisi olmayan şəxsə hücuma görə ən azı 3 oyunluq diskvalifikasiya tətbiq edilə bilər. Bundan başqa əmlaka ziyanvurma maddəsi ilə pul cəriməsinin də qaçılmaz olacağı gün kimi aydındır.
8 turdan sonra Argentina yığması 18 xalla seçmə mərhələnin yarış cədvəlinə başçılıq edir.