Xaçmaz rayon sakini Məmmədrəhimova Səxavət Sultanməcid qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, nazirlik onun 20 illik stajını “oğurlayıb”:
“Mən, Məmmədrəhimova Səxavət Sultanməcid qızı, bildirirəm ki, Xaçmaz rayon 1 nömrəli məktəbin keçmiş müəlliməm, 51 il iş stajım var. 1968-ci il dekabr ayının 20-dən pedaqoji fəaliyyətə başlamışam. Ucqar kənddə həm işləmişəm, həm də qiyabi təhsil almışam.
Son illər normal qaydada pensiya almışam. Hətta fevral ayında pensiyamı artımla almışam. Mart ayında isə pulum kəsilib.
Araşdırdım, dediər ki, sizin 30 il stajınız var. Başa düşə bilmirəm, stajımı 51 ildən 30 ilə necə saldılar?! Həm də əmək haqqım kəsilib. 150 manatdan çox pulumu kəsiblər.
Mən yalandan 3 və ya 5 il işləyib, xəstəliklə pensiyaya çıxmamışam. Hal-hazırda xəstəyəm. Açıq ürək əmaliyyatı olmuşam. Ayda 100 manatdan çox dərmana pul ödəyirəm. Niyə mənim pensiyam kəsilməlidir? Mənim bu vaxta kimi heç bir xəstəliyim olmayıb. Mən pensiyamın qanunsuz olaraq kəsilməsinə dözə bilmirəm”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.
Aynurə İSMAYIL
Hurriyyet.az