“44 günlük müharibədən sonra çoxlu sayda silahlarımız yoxa çıxıb” – Paşinyan
44 günlük müharibədən sonra çoxlu sayda yoxa çıxan silahlarımız var və biz bu məsələni Təhlükəsizlik Şurasında da müzakirə etmişik.
Yeniavaz.com “News.am” portalına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 12-də Ermənistan hökumətinin iclasında bəyan edib.
O, əlavə edib ki, bu məsələ ilə bağlı respublikanın Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.
“Biz silahların axtarışı ilə bağlı metodologiyamıza yenidən baxmalıyıq. İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir. Mənim başa düşdüyümə görə, yeni metodlardan istifadə etməklə artıq müəyyən nəticələr əldə etmişik. Bu üsuldan istifadə etməklə biz qanunsuz silah-sursatları da aşkarlaya bilərik”, - Paşinyan qeyd edib.