Bakı şəhəri Xocəsən qəsəbəsində 348 nömrəli uşaq bağçası istifadəyə verilib.
Newscenter.az xəbər verir ki, açılış tədbirində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova paytaxtda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərə diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.
N.Hüseynova çıxışı zamanı məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılması, məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılmasının əsas hədəflər sırasında olduğunu deyib.
N.Hüseynova yeni istifadəyə verilən 140 yerlik uşaq bağçasında 30-dan çox şəhid övladının məktəbəqədər təhsilə cəlb olunduğunu diqqətə çatdırıb.
Həmçinin BŞTİ-nin tabeliyində 342 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyi və 2024-2025-ci tədris ilinə hazırlıq çərçivəsində 99, 347, 116, 348 və 257 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir-tikinti işlərinin yekunlaşdığı bildirilib.
Ruhiyyə Mehdiyeva