AZ

Məşhur estrada ulduzu intihara hazırlaşan qadını xilas etdi –VİDEO

Dünya şöhrətli estrada ulduzu Con Bon Covi bir qadını intihardan çəkindirib.

Azpost.info bildirir ki, klip çəkmək üçün gələn sənətçi körpüdən özünü atmağa hazırlaşan qadını xilas edib.

Xilasetmənin videosunu Tennessi ştatının Neşvil polis departamenti paylaşıb. Kadrlarda körpünün kənarında dayanan və uzun müddət suya baxan qadın əks olunub. Bir kişi ona yaxınlaşır və qısa müddətdən sonra yenidən səkiyə qalxmağa kömək edir, sonra onu qucaqlayıb körpüdən aparır.

Bu adamın “Bon Jovi” qrupunun vokalisti və qurucusu Con Bon Covi olduğu ortaya çıxıb. O, klip çəkmək üçün komanda ilə birlikdə körpünün üstünə gəlib. Qrup avadanlıqları hazırlayarkən musiqiçi qadını görüb və ona kömək etmək qərarına gəlib.

Sosial şəbəkələrdə insanlar müğənniyə təşəkkür edir və onu təkcə rok əfsanəsi deyil, həm də əsl qəhrəman adlandırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
azpost.info

1Mənbələr