AZ

Əli Kərimli: “Məhkəmə siyasi sifarişi yerinə yetirdi”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  lideri Əli Kərimli məhkəmənin ona qarşı iddianı icraata götürməsini siyasi sifarişin icrası kimi qiymətləndirib.

"Məhkəmənin qərarı məni təəccübləndirmədi. Məhkəmə siyasi sifarişi - hər hansı hüquqi əsasın və cinayət hadisəsinin olmamasına baxmayaraq, işin baxılmaq üçün qəbul edilməsi - yerinə yetirdi", – Kərimli tərəfdarları qarşısında çıxış edərkən bildirib.

2013-cü ildən 8 nəfər Kərimliyə qarşı ifadə vermək və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün işgəncələrə məruz qalıb. Bunlar jurnalist Pərviz Həşimli, fəal Kəmalə Bənənyarlı, "Müsəlman Birliyi"nin lideri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının  keçmiş üzvü Saleh Rüstəmli, mərhum fəal Babək Həsənov, fəal Aqil Məhərrəmli, cangüdən Niyəməddin Əhmədov və partiya sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıdır.

"O zaman hakimiyyət mənə qarşı cinayət işi açmadı, amma indi görünür, rejim özünü tamamilə cəzasız hiss edir, ABŞ, Avropa İttifaqı, Avropa Şurası və digərlərinin repressiyalara son qoymaq çağırışlarına məhəl qoymur. Müxalifət partiyasının rəhbərinə qarşı cinayət işi açan hakimiyyət  müxalifəti, vətəndaş cəmiyyətini, azad medianı tamamilə sıradan çıxarmaq istəyir", - Kərimli bildirib.

Bu gün Nəsimi məhkəməsinin hakimi Babək Pənahov  Aydın Əliyevin Əli Kərimova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata qəbul edib.

Seçilən
54
turan.az

1Mənbələr