“İran Rusiyaya xəbərdarlıq edib ki, region ölkələrinin sərhədlərini dəyişmək uyğun variant deyil”
"AzPolitika" xəbər verir ki, bunu ermənipərəst iranlı ekspert Ehsan Movəhhediyan “X” hesabındakı paylaşımda bildirib.
“İran Rusiyaya xəbərdarlıq edib ki, enerji tranziti ilə bağlı məsələləri həll etmək və Qərbin sanksiyalarından yan keçmək, Türkiyə və Azərbaycan birliyinə yaxın olmaq və region ölkələrinin sərhədlərini dəyişmək uyğun variant deyil. Ruslar demək istəyirlər ki, bölgənin əsas aktorları onlardır. İranın təklifi isə “Araz dəhlizi”dir”",-deyə o, qeyd edib.
"AzPolitika.info"