AZ

Moped və motoların çıxartdığı yüksək səslərdən necə qurtulmaq olar?

Son vaxtlar paytaxt küçələrində moto və mopedlərə çox rast gəlinir. Xüsusilə də, qısa məsafələrin qət edilməsi və tıxac zamanı əvəzedilməz vasitəyə çevrilən bu nəqliyyat vasitələri bir çox hallarda insanlarda narahatçılıq yaradır. Ən çox narazılıqlar isə moto sürüclərinin etdiyi təhlükəli manevrlər və sözügedən  nəqliyyat vasitələrindən çıxartdığı gur səsdir. Mütəxəsislərin sözlərinə görə onların yalnız bir marağı var - diqqət cəlb eləmək...

Məsələ ilə bağlı "Yeni Azərbaycan" - a açıqlama verən motosklet ustası Xanməmmədli Mehman bildirir ki, motosklet sürənlər iki qrupa bölünür: "Motosklet hissələrini olduğu kimi saxlayıb əlavə avadanlıqdan istifadə etməyənlər  və  nəqliyyat vasitəsi istədiyi effekti vermir deyə onlara müxtəlif üsullarla əlavə avadanlıq qoşanlar. Motoskletin çıxartdığı yüksək səs bəzən motorun həcminı görə olur, lakin bu səsi azaltmaq olmur. Bəzi motoskletlərdəki mühhərikinin  həcmi az olur və istər sürət, istərsə də səs imkanları cəhətdən digər motoskletlərdən geri qalırlar".

X. Mehman onu da bildirir ki, mühərrikin həcmi az olduğu üçün nə qədər qaz versək də yüksək səs çıxmır: "Belə olduğu halda  sürücü diqqət cəlb edə bilmir. Əgər əvvəlcədən motosklet avadanlığına  dəyişiklik olunubsa, səsi əvvəlki formasına qaytarmaq mümkündür. Belə yollara əl atanlar adətən 16/22 yaş aralığında olur. Normal şəkildə motosklet sürən adam bundan nəqliyyat vasitəsi kimi istifadə etməlidir. Belə "biker"lərdən təkcə şəhər sakinləri deyil, eyni zamanda qaydalara riayət edib  normal şəkildə motosklet sürən sürücülər də narahat olurlar".

Motosikletlərin çoxalmasilə bağlı insanları narahat edən məqamların həm sosial-iqtisadi ,həm də mənəvi psixoloji səbəbləri vardır. Bu səbəblər hər kəsin şəxsi həyat tərzinə və psixoloji vəziyyətinə görə  fərqli qəbul edilir. Elə insanlar da var ki,onlar öz psixofizioloji konstitusuyalarına görə,ya da hansısa psixoloji pozuntulardan dolayı sürəti hiss etmirlər,yaxud da cəmiyyət normalarını qəbul edə bilmirlər.

Psixoloq İlhamə Mustafayeva bildirir ki, belə insanlar hərəkətlərinin sonunu görə bilmirlər, ya da görmək istəmirlər: "Onların şüuraltılarını görmək mümkün olsa yəqin ki, ya hər şeydən uzaqlaşmaq üçün, ya da həyatdan hər şey götərmək, hər şeyi dadmaq səbəblərini görərdik".
Psixoloqun sözlərinə görə, belə  həvəskarlara daha çox yeniyetmələr arasında rast gəlinir. "Çünki onlar özlərini axtarma dönəmində olurlar, ya da hər hanısa problemlərindən dolayı özlərini sakitləçdirmək və hər şeyi  unutmaq üçün motorun səsininə ehtiyac duyurlar. Orta yaş dövrün krizini keçirən insanlar isə yaşlanma və ya ölüm qorxusu səbəbilə belə adrenalin hiss etməyə ehtiyac duyurlar. Daha çox gənclər arasında motorun səsinə ehtiyac duyma hesab edirəm ki, kişi təbətindən irəli gələn bir xüsusiyyətdir. Eyni zamanda əvvələr  kişilər at çaparaq, nərə çəkərək, öz gücünü göstərmək istəyərlərdilərsə, indiki gənclərin bu ehtiyaclarını ödəmək üçün əlçatan vasitələri mühərrik səsidir".

Nəqliyyat üzrə ekspert Arzu Kürsüm Babazadə  qeyd edir ki, əgər motoskletin üzərində quraşdırılan səsboğucu  zavod istehsalı Azərbaycan standartlarına uyğundursa heç bir problem olmur: "Əgər sonradan müdaxilə olunaraq səs artırıcılarından istifadə olunubsa  bu zaman sürücü ciddi qayda pozuntusuna yol vermiş olur və cərimə olunur. Eyni zamanda bu insanların rahatlığını pozmaq deməkdir".


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
yeniazerbaycan.com

1Mənbələr