AZ

Fransada yoxsulluq getdikcə artır - Sorğu

Fransada

Paris, 12 sentyabr, AZƏRTAC

“Secours populaire” Assosiasiyası dərc etdiyi illik yoxsulluq və təhlükəlilik ilə bağlı barometrində Fransada qeyri-müəyyənliyin getdikcə daha da artacağına dair xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, Assosiasiyanın araşdırmasına görə, ölkədə yoxsulluq yeni rekord həddə çatıb. Aparılan sorğunun nəticəsinə görə, fransızların 62 faiz yoxsulluq vəziyyətindədir və ya yoxsulluq içində yaşayır. Bu rəqəmin ötən illə müqayisədə 4 faiz çox olduğu bildirilir. Hər 10 fransızdan təxminən 8-i (79 faiz) uşaqlarının bir gün təhlükəli vəziyyətlə üzləşməsi riski ilə bağlı pessimist olduğunu deyib.

Araşdırmalara görə, tətilə getməkdə və enerji xərclərini ödəməkdə çətinlik çəkən fransızların payı da bu il rekord həddə çatıb. Onların hər iki nəfərdən birini kənd əhalisi (57 faiz) təşkil edir. Yaşayış haqqını, tibbi sığortanı ödəməklər bağlı çətinliklər də ildən-ilə artır.

Fransızların 43 faizinin soyuq havada evlərini qızdırmaqda çətinlik çəkdiyi də məlum olub. Digər məlumata görə, fransızların 30 faizi gündə üç dəfə yemək üçün sağlam qida əldə edə bilmir. Təxminən hər üç valideyndən biri uşaqlarını qidalandırmaq üçün yeməkdən məhrum olur.

Bundan əlavə, respondentlərin 45 faizi uşaqla bağlı xərcləri (məktəb ləvazimatları, geyim, yeməkxana), 43 faizi müəyyən tibbi xərcləri, 39 faizi isə nəqliyyat xərclərini ödəməkdə çətinlik çəkdiyini qeyd edib. Təxminən hər üç fransızdan biri, o cümlədən kənd yerlərində əhalinin 40 faizi internet və telefon abunələrini ödəməkdə çətinliklə üzləşir.

Seçilən
82
2
azertag.az

3Mənbələr