AZ

"Barselona" bu mövqeyə futbolçu axtarır: 2 namizəd var

"Barselona"nın məşqçilər korpusu müdafiənin gücləndirilməsini istəyir.

Publika.az xəbər verir ki, hazırda sağ cinah müdafiəçisi mövqeyinə futbolçu axtarılır. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, kataloniyalıların maraq dairəsinə “Bayern”dən Coşua Kimmix və “Selta Viqo”dan Oskar Minqeza düşüb.

Sonuncu variant daha real görünür. Çünkü Kataloniya klubunun sabiq futbolçusunu 9 milyon avroya geri almaq imkanı var. Hazırda oyunçunun hüquqlarının 50%-i "Barsa"ya məxsusdur.

Kimmixə gəlincə, komandanın almaniyalı baş məşqçisi Hans-Diter Flik millidə və “Bayern”də onunla birgə çalışıb. Buna görə onu yaxşı tanıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
publika.az

1Mənbələr