AZ

“Kəpəz” TV-də kütləvi ixtisarlar gedir - Açıqlamalar

Gəncədə fəaliyyət göstərən Kəpəz Müstəqil Teleradio Şirkətində işçilərin kütləvi şəkildə ixtisar edilməsi ilə bağlı iddialar yayılıb. 

Mia.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya adının açıqlanmasını istəməyən və işdən çıxarıldığını deyən keçmiş əməkdaşlar müraciət ediblər. 

Onların iddiasına görə, şirkətdə bir neçə aydır davam edən ixtisarlar yekunlaşıb: “Əksər işçilər televiziya ilə 20-25 illik əməkdaşlığı ola-ola işsiz qalıblar. Demək olar ki, bütün işçilər ixtisar olunub. Deyilənə görə, “Kəpəz” TV televiziya və radio yayımlarını ancaq film və musiqi ilə davam etdirəcək”.

Audiovizual Şuradan isə sorğumuza cavab olaraq bildirildi ki, Kəpəz Teleradio Şirkətindən lisenziya ilə bağlı hər hansı müraciət daxil olmayıb: “Kəpəz Teleradio Şirkəti Audiovizual Şuraya lisenziyanın dəyişdirilməsi və ya ləğvi ilə bağlı müraciət etməyib. Hansısa işçilərin ixtisarı, dəyişdirilməsi isə şirkətin öz daxili işidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
6
mia.az

7Mənbələr