AZ

Anri də şikayətləndi

“Arsenal”ın və “Barselona”nın keçmiş hücumçusu, hazırda məşqçi kimi çalışan Tyerri Anri müasir futbolda oyunların çoxluğundan danışıb.Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, fransalı sabiq futbolçu oyunların sayının həddindən artıq çox olduğunu bildirib:“Mən məşqçilərin tərəfini tutacam. Həddindən artıq çox matç var. Bir mütəxəssis kimi çoxlu oyunları xoşlayıram. Amma keçmiş futbolçu kimi deyə bilərəm ki, oyun sayı çoxdur. Çud Bellingem artıq zədələnib.Bir mövsüm keçirmək, Avropa çempionatına getmək, kluba qayıtmaq, sonra yenidən milli komandaya çağırılmaq çətindir. Oyunlar çoxdur və bu mövsümdən sonra FİFA-nın klublararası turniri olacaq”.

Seçilən
75
1
komanda.az

2Mənbələr