AZ

Holberton School “Startup World Cup”a sponsor oldu

(®) Sentyabrın 19-da ADA Universitetində keçiriləcək “Startup World Cup” yarışması, qlobal startap mühitində ən yüksək prestijə sahib olan tədbirlərdən biridir.

Holberton School, bu beynəlxalq səviyyəli yarışmanın əsas tərəfdaşlarından biri olaraq, innovasiya və texnologiyanın inkişafına verdiyi dəstəyi bir daha vurğulayır.

Dünyanın 20-dən çox ölkəsində, ümumilikdə 34 şəhərdə fəaliyyət göstərən Holberton School, ötən il Bakıda fəaliyyətə başlamışdır. Holberton School Azerbaijan, Holberton School Məktəblər Şəbəkəsi ilə birgə Amerikanın "Silikon Vadisi"ndə yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris edir. Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma ilə siz komanda əsaslı şəraitdə işləyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəyə bilirsiniz. Məktəb, yerli texnologiya və startap ekosisteminin inkişafına mühüm dəstək verir. Bunun əyani sübutu olaraq, 19 sentyabrda keçiriləcək Startup World Cup tədbirinin rəsmi sponsorlarından biri kimi çıxış edir.

Holberton School Azerbaijan daim innovativ layihələrdə fəal iştirak edərək, ölkənin IT sahəsindəki inkişafını dəstəkləməyə və tələbələrinin karyera uğurlarına zəmin yaratmağa çalışır. Məktəbin əsas hədəflərindən biri Azərbaycanın texnologiya təhsilinin keyfiyyətini artırmaq və qlobal rəqabətə dayanıqlı bir IT ekosistemi formalaşdırmaqdır.

HolbertonSchool Startup World Cup
Seçilən
113
marja.az

1Mənbələr