AZ

Rusiya hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb

Cümə axşamı, sentyabrın 12-si səhər təhlükəsizlik səbəbi ilə bağlanan Rusiyanın iki hava limanında – Murmansk və Apatitıda məhdudiyyətlər aradan qaldırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.

Qeyd olunur ki, təyyarələrin qəbulu və buraxılmasına qoyulan müvəqqəti qadağa Moskva vaxtı ilə saat 14:10-da götürülüb. “Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – agentlik nümayəndəsi bildirib.

Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi həmçinin aydınlaşdırıb ki, hava limanlarının bağlanması zamanı Murmanska uçan bir təyyarə Arxangelskdəki (Talaqi) alternativ aerodroma yola düşüb.

Daha əvvəl pilot Murmansk vilayətində təyyarəyə atəş açıldığı üçün qəza siqnalı elan etmişdi. Hadisə Apatiti bələdiyyə rayonunda “Xalça” planının ləğvindən sonra baş verib.

Seçilən
81
nocomment.az

1Mənbələr