AZ

Turana gedən yol ortaq əlifbadan başlayır! Təsdiq edilən Ortaq Türk Əlifbasının tədrisinə nə zaman başlanacaq? AÇIQLAMA

Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Burada əsas məqsəd dil və mədəniyyət sahəsindəki inteqrasiyanı daha da gücləndirmək, eyni zamanda qardaş xalqlar arasında ünsiyyəti asanlaşdırmaqdır.
Bəs yeni yarnan bu əlifbanın tədrisinə nə zaman başlanacaq?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ortaq türk əlifbasının təstiq olunması türk dünyası üçün böyük bir addımdır:
“Türk Dövlətlər Birliyinə daxil olan dövlətlər zamanla ortaq əlifbaya keçəcəkdir. Yeni yaranan əlifba latın hərfləri əsasında yaradıldığından ortaq türk əlifbasının tədrisi Türkiyə və Azərbaycan üçün problem deyil. Özbəkistanda artıq bu əlifbaya keçid başlayıb. Qazağıstanda isə keçid üçün hazırlıq işləri gedir. Türk Dövlətlər Birliyinə daxil olan ölkələrin hamısında hazırlıq işi bitdikdən sonra əlifbanın tədrisinə eyni zamanda başlanacaq.Çünki Mərkəzi Asiya dövlətlərində bu prosesin gedişi bir xeyli vaxt tələb edir”.

Seçilən
88
arantv.az

1Mənbələr