Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir.
2024-cü ilin yanvar-avqust ayları ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 4185 elektron xidmət göstərilib.
2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 3307 və ya 4,8 dəfə çox olub.