AZ

Agentlik: Ölkə üzrə I siniflərə 132 min 261 uşaq qəbul olunub

2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, hazırda ölkə üzrə 1-ci siniflərə 132 min 261 nəfər, məktəbəhazırlıq qruplarına isə 89 000 nəfər uşaq qəbul olunub.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesi sentyabrın 13-ü saat 18:00-da yekunlaşır.

Seçilən
173
49
dogru.az

10Mənbələr