Hazırda Mərkəzi Seçki Komissiyasının icraatında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 müraciət var.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sabahkı iclasda bu müraciətlərə baxılacaq: “Kifayət qədər çox müraciətə baxıb qərar qəbul edəcəyik”.