AZ

Azərbaycan neftinin orta satış qiyməti 86 dollar olub

2024-cü ilin 6 ayı üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir.

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari əməliyyatlar balansında 2.6 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 2.2 mlrd. dollarlıq kəsir yaranmışdır.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 648 mln. dollar artmışdır (2023-cü ilin ilk 6 ayında ehtiyat aktivləri 5.2 mlrd. dollar artmışdı). Bu dövrdə xam neftin orta qiyməti 86 dollar/barel olmuşdur.

 

Qlobal bençmar sayılan Brent neft cari ilin ikinci rübündən etibarən 80 dollar/bareldən aşağı düşüb. Hazırda 70 dollar/bareldən baha satılır.

Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 10.8 mlrd. dollar olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (10.8 mlrd.$) 7.3 mlrd. dolları xam neftin, 3.2 mlrd. dolları təbii qazın, 0.3 mlrd. dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin 6 ayı üzrə qeyri neft-qaz ixracı 9.8% azalaraq 1.6 mlrd. dollar olmuşdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
modern.az

1Mənbələr