AZ

Zeynal Əmrəliyev: USAID kimi təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər- ÖZƏL

"USAID-in Ermənistana maliyyə yardımını artırması sözsüz ki, bu kimi təşkilatların növbəti dəfə ikiüzlülüyünü göstərir. Bu təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər, onların aktiv şəkildə fəaliyyət göstərdiyi ölkələrin siyasətçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürürlər, amma bu təşkilatlar həvəsli şəkildə Ermənistana yardım göstərirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Maraqlısı odur ki, ayrılan pulların təyinatı üzrə xərclənib, xərclənmədiyi yoxlanılmır. USAID Ermənistana bundan əvvəl də kifayət qədər maliyyə yardımları göndərirdi. Hazırda da həmin yardımın daha da artırılması barədə qərar qəbul edib. Çox böyük təəssüflər olsun ki, biz bu təşkilatlardan uzun müddətdir ki, ikili yanaşmaları görürük. 30 il ərzində Qarabağdan məcburi köçkün düşmüş insanlarımız əziyyətlə yaşadığı zamanda nə bu təşkilatlar, nə onların təmsil olunduqları, fəallıq göstərdiyi dövlətlər bir dəfə də olsun Azərbaycanın haqq işini müdafiə etmədi. Məcburi köçkünlərə yardım etmədilər. Müxtəlif adlar altında davamlı şəkildə Ermənistana yardım göstərirlər. USAID olsun, Avropa Sülh Fondu olsun, Ermənistana müxtəlif adlar altında yardımlar göndərir ki, bu yardımlar da təyinatı üzrə xərclənmir. Onlardan müxtəlif çirkli məqsədlər üçün Ermənistan hakimiyyəti istifadə edir. Açıq şəkildə bildirmək lazımdırsa, Ermənistanın bu gün silahlanmasını dəstəkləyən qüvvələr məhz  Avropadakı, ABŞ-dəki bu kimi təşkilatlardır. Həmin təşkilatlar müxtəlif adlar altında maliyyələşmə həyata keçirir və Ermənistan qanunsuz olaraq silahlanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
olaylar.az

1Mənbələr