AZ

Frank Şveberin Azərbaycana qarşı qərəzinin arxasında erməni lobbisi dayanır ANALİZ

Almaniyalı deputat illərlə erməni lobbisinin təsiri altında olmaqla, onlardan maddi və mənəvi dəstək alıb

Bu günlər Azərbaycan qonaqlı-qaralıdır. Dünyanın hər bir bölgəsindən müxtəlif sahənin insanları ölkəmizə səfərlər edirlər. Bu səfərlər yalnız turist və ya tanışlıq səfərləri deyil, həm də qonaqlar Azərbaycanda təşkil edilən nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə gəlirlər. Formula 1 Azərbaycan Qran-Prisinin ardınca, ölkəmizdə COP29 konfransı keçiriləcək. Bu baxımdan növbəti dəfə Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dostlar mötəbər tədbirlərin iştirakçısı olmaq üçün ölkəmizə gəlməyi planlaşdırırlar. Daha doğrusu, artıq Formula 1 Qran Prisinin başlaması ilə əlaqədar xarici qonaqlar ölkəmizə gəlməyə başlayıblar. 13-15 sentyabr tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində komandalar yarışa fəal hazırlaşaraq vəsiqə qazanacaq və yarışda iştirak edə biləcək. Təbii ki, bu maraqlı idman yarışını hər kəs izləmək istəyindədir. Ona görə də, istər xarici qonaqlar, istərsə də ölkə vətəndaşları arasında böyük coşqu mövcuddur. Digər diqqət və maraq kəsb edən tədbir isə noyabrın əvvəlində ölkəmizdə keçilməsi planlaşdırılan COP9 konfransıdır. Bu kimi beynəlxalq miqyaslı idman yarışları və konfransları öncəsi bəzi yerli və xarici maraqlı qüvvələr ölkəmiz haqqında qərəzli, heç bir məntiqi əsası olmayan informasiyalar paylaşır, ittihamlar irəli sürürlər. Demək olar ki, bu cür vəziyyət xarici məkrli dairələr tərəfindən ənənəyə çevrilib. Eurovosion müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, Formula-1-in yarışları ərəfəsi eyni proseslər müşahidə edilmişdir. Bu dəfə də köhnə bayatılar səslənməkdədir. Fərq ondan ibarətdir ki, bu dəfə musiqinin sözləri və bəstəkarı elə xarici məkrli qüvvələrin özləridir. Yəni əvvəlki tədbirlər öncəsi xarici anti-Azərbaycan dairələr Bakıdakı təmsilçiləri olan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Real partiyasının sədri İlqar Məmmədov, Müsavat başqanı İsa Qəmbər və digərləri vasitəsi ilə Azərbaycanın uğurlarına kölgə salmağa xidmət edən qarayxama kampaniyası aparılırdısa, hazır ki məqamda xarici şəbəkə ideoloqları özləri ölkəmizlə bağlı şər və böhtan kampaniyası təşkil edirlər.

Xarici şəbəkə Bakıdakı əlaltılarından imtina edir?

Xaricdəki məkirli dairələrin və onların baş bilənlərinin prosesin fəal iştirakçısı kimi çıxışı etmələri o fikri deməyə əsas verir ki, onlar ya Bakıdakı təmsilçilərindən imtina edir, ya da müxalif dağıdıcı ünsürləri fərsiz, bacarıqsız hesab edirlər. Özləri tezislərin icraçısı olmaqla Azərbaycana qarşı nəsə edəcəklərini düşünürlər. Ancaq anlamırlar Azərbaycan elə bir qüdrətə malik dövlətdir ki, onunla güc müstəvisindən danışmaq, eləcə də qarayaxma yolu ilə nəticə əldə etməyi düşünmək ağılsızlıqdır. Görünən isə ondan ibarətdir ki, ortada olan reallığı xarici anti-Azərbaycan qüvvələr dərk etmirlər. Yenə də Almaniyanın nasist partiyasının fəal təşkilatçılarından olan Bundenstaqın üzvü Frank Şveber vasitəsi ilə ölkəmizlə bağlı şər və böhtanlarını səsləndirirlər. Frank Şveber o məxluqdur ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistan üzərində hərbi, siyasi, diplomatik qələbə qazanmasını həzm etmək istəməyərək ölkəmizin AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması təşəbbüsü ilə çıxış etmiş və Avropadakı qaranlıq dairələrin qaranlıq niyyətli deputatlarının dəstəyi ilə istəyinə nail olmuşdur. Absurd qərardan sonra Azərbaycan avropalı deputatları əsaslı və haqlı qərarı ilə cavab verdi. Belə ki, Azərbaycan AŞPA-nın qərəzli qərarının aradan qaldırılmayana qədər qurumun deputatlarının ölkəmizə girişinə qadağan edən qərar qəbul etmişdir. Məhz bu haqlı qərardan sonra Fransa və Almaniyanın üzdə olan, lakin hər məqamda üzləri qara olan rəsmi şəxsləri F.Şveberi daha açıq və qərəzli açıqlamalarla çıxış etməyə məcbur etdilər. Bu baxımdandır ki, göydəki ulduzlara belə hürən it kimi, F.Şveber də bütün günü Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edir. Gah deyir ki, Azərbaycanda “İnsan haqları” pozulur, “demokratiya yoxdur”, bəzən də iddia edir ki, Azərbaycanda “siyasi məhbuslar var”. Ümumiyyətlə son vaxtlar, yəni COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra Frank Şveber Azərbaycana qarşı qarayaxma kampaniyasının əsas hissəsini guya Azərbaycanda “siyasi məhbuslar”ın olması üzərində qurur və onların azad edilməsini istədiklərini bildirir. Ənənəvi Qərb şər və böhtanı olan bu cür sayıqlama o qədər də təəccüb doğurmur. Çünki “siyasi məhbus” termini Qərb dairələrin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Lakin onlar unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxara bilməz. Digər tərəfdən Azərbaycanda siyasi məhbuslar yoxdur. İkincisi, Avropa dairələrinin özləri bilirmi “siyasi məhbus” kimlərə şamil olunur? Əgər separatçı, oğuru, quldurluq edən, qaçaqmalçılıqda ittiham edilən şəxs “siyasi məhbus” hesab edilirsə, o zaman Avropanın və ABŞ-ın həbsxanalarında cürüyən məhbusların az qala 85-90 faizi siyasi məhbusdur. F.Şveberin yanaşmasına istinad etsək, o zaman Avropa və ABŞ həmin şəxsləri azad etməlidir.

İkili standartlar Avropanı məhv edəcək

Qərbin qaranlıq dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinin nədən qaynaqlandığını yuxarıda qısa da olsa bir hissəsini qeyd etdim. Digər məqam isə ondan ibarətdir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Avropanın qaranlıq dairələrinin əlinə işləyən Bakıdakı təmsilçilərini ifşa etməsi, onların kürkünə birə salıb. Xüsusilə də, F. Şveberində əməkdaşlıq etdiyi Bakıdakı təmsilçilər Abzas Media, Toplum TV və digərlərinin ifşası onları ciddi narahat etməyə başlayıb. Bu baxımdan da Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, ünvanına şər və böhtanlar səsləndirilir. Halbuki, Ermənistanda insanlar siyasi mənsubiyyətinə görə təqib olunur, jurnalistlər yazdıqları yazılarına görə həbsxanalar alırlar, lakin Avropanın məkirli dairələri baş verənlərə lal və kordular. Xatırlatmaq lazımdır ki, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist M.Yegiazaryan aclıq aksiya keçirərək ölmüşdür, 15 iyul 2022-ci il də müxalif siyasətçi Armen Qriqoryan elə məhkəmə zalında ölmüşdür. Paşinyandan öncə hakimiyyətdə olan şəxslərin böyük hissəsi həbsxanalara göndərilmişdir. Əgər baş verənləri görmək iqtidarındadırsa F.Şveber nədən Ermənistanın xalqlar həbsxanasına çevrilməsindən danışmır və ya AŞPA nəyə görə Paşinyan rejimini ittahamedici bəyanatla çıxış etmir? Cavabı aydındır. F. Şveber illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışmışdır. Lakin o bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar və Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində tapdalanması barədə bir söz də deməmişdir. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir. Məhz erməni lobbisinin maddi və mənəvi dəstəyi ilə F. Şveber Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin (“Am Abgrund”) hazırlanmasında yaxından iştirak edib. F. Şveber, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlar təşkil ediblər. Bu gün də eyni qərəzli kampaniyanı davam etdirmələri ölkəmizdə keçirilməsi planlaşdırılan COP29-la bağlıdır. Bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamağa çalışırlar və bütün bunların arxasına erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır. Lakin yuxarıda qeyd etdiyim kimi, bu cür qərəzli vasitələrlə Azərbaycanı haqq yolundan, ədalətli mövqeyində, demokratik inkişafından döndərmək mümkünsüzdür.

İLHAM ƏLİYEV

Seçilən
113
sesqazeti.az

1Mənbələr