Ermənistan və Azərbaycanın sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəldikləri bildirilir.
Bu barədə sentyabrın 9-da Yerevanda lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danışıb.
Onun sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans var:
“16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb”.
Sentyabrın 10-da "Yerevan dialoqu" beynəlxalq forumunda çıxış edən baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara toxunub. O, layihənin 13 maddəsinin və preambulasının tam razılaşdırıldığını təsdiqləyib.
Bəs razılaşdırılan və razılaşdırılmayan məsələlər hansılardır?
Siyasi şərhçi Rauf Mirqədirov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.