AZ

Silah səsinə oyanıb yuxu sandı, səhər anasının cəsədini tapdı

Silah səsinə oyanıb yuxu sandı, səhər anasının cəsədini tapdıAntalyada Fadim Temirhanoğlu adlı qadın boşanma prosesində olduğu həyat yoldaşı Savaş Temirhanoğlu tərəfindən silahla öldürülüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Konyaaltı səmtinin Hurma məhəlləsində yerləşən Atapark Residences C Blokunun 4-cü mərtəbəsində baş verib.

Həyat yoldaşı ilə boşanma prosesində olan Savaş Temirhanoğlu saat 05:00 radələrində evə gəlib. O arvadına silahla 5 dəfə atəş açaraq evi tərk edib. Bu sırada otağında yatan və silah səsləri eşidəndə oyanan cütlüyün qızı İ.T. yuxu gördüyünü düşünərək yenidən yatıb. Məktəb şagirdi İ.T. saat 08.30 radələrində sinif yoldaşının telefon zəngi ilə oyanıb. Otaqdan çıxan İ.T anasının qan içində olduğunu görüb. O evdən çıxıb qonşusunun qapısını döyüb. Qapını açan qonşuya vəziyyəti izah edən İ.T qonşusu ilə birlikdə evə qayıdıb. Fadim Temirhanoğlunu görən qonşu polis və təcili tibbi yardıma məlumat verib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları qadının öldüyünü müəyyən edib. Fadim Temirhanoğlunun meyiti incələnmə üçün tibbi ekspertizaya aparılıb.

Polis Savaş Temirhanoğlunun tutulması üçün əməliyyat başladıb.

Seçilən
114
sonxeber.az

1Mənbələr