AZ

MSK sədri: Protokolların nüsxəsini namizədə verməyən dairə və ya məntəqə üzvü komissiya üzvlüyündən kənarlaşdırılır

Hansısa dairə və ya məntəqə üzvü seçki protokollarının nüsxəsini namizədə vermirsə, onlar komissiya üzvlüyündən kənarlaşdırılır.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bununla bağlı MSK-nin qərarı olmalıdır:

"Bu pozuntulara yol verən komissiya üzvləri kənarlaşdırılır. Növbəti seçkilərdə həmin şəxslər iştirak etmirlər".

Seçilən
70
5
far.az

8Mənbələr