AZ

Hindistanda baş verən qarşıdurmada 52 nəfər saxlanıldı

Hindistanın Karnataka ştatında baş verən davada 52 nəfər saxlanılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Karnataka ştatının daxili işlər naziri Q.Parmeşvar parad zamanı fil başlı hindu tanrısı Qaneşa bütünə daş atıldığını və hazırda vəziyyətin nəzarət altında olduğunu bildirib.

Polisin müdaxilə etdiyi hadisədə əlbəyaxa davada iştirak etdiyi iddia edilən 52 nəfər saxlanılıb.

Saxlanılanların ailələri rayonda polis idarəsinin qarşısına toplaşaraq yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.
 
Gülay
Seçilən
55
azxeber.com

1Mənbələr