AZ

Tanınmış aktyor ŞƏRTLƏRİ AÇIQLADI: - “Büdcə cibə yox, seriala sərf olunsa...”

Tez-tez belə fikir səsləndirilir ki, yaxşı büdcə olacağı təqdirdə, yerli film və seriallarımız heç də Türkiyə, Rusiya və digər əcnəbi seriallardan heç də geridə qalmaz. Bu fikirlə razılaşanlar da var, razılaşmayanlar da… Bəs onda keyfiyyətli film və serialların ortaya çıxması üçün ən vacib şərtlər hansılardır?Yenicag.az-a açıqlama verən tanınmış aktyor Tural Əhməd keyfiyyətli film və serialların çəkilməsində büdcə və peşəkar komandanın olmasını əsas şərt kimi dəyərləndirib.O, belə olacağı təqdirdə, yerli film və serialların nəinki digər ölkələrin film sektorundan geridə qalacağını, hətta onları ötüb keçəcəyini də bildirib:“Əlbəttə, maliyyə şərtdir. Mən də bu fikirlə razıyam ki, ortaya keyfiyyətli iş çıxarmaq üçün mütləq şəkildə yaxşı büdcə olmalıdır. Eyni zamanda, bu büdcəni də yaxşı idarə etmək lazımdır ki, bütünlüklə seriala sərf olunsun, qıraq-bucağa, cibə getsə, heç nə… O işdən heç nə çıxmayacaq.Serial, film komanda işidir, burada vəhdət olmalıdır. Ən başlıcası mükəmməl ssenari yazılmalıdır. İş peşəkar rejissora həvalə edilməidir. Yaxşı aktyorlar rol almalıdır. Oradan-buradan dəvət edib, “dostum-tanışımdır çəkim” prinsipi ilə çəkilsə, o halda keyfiyyətli işdən söhbət gedə bilməz. Peşəkar komandanın ərsəyə gətirdiyi iş olarsa, o zaman Turkiyə, Rusiya və digər ölkələri də keçə bilərik.Azərbaycanın yaxşı aktyorları var, həmişə olub, olacaq da… Yaxşı ssenari, yaxşı rejissor işi lazımdır. Onsuz da yaxşı rejissor yaxşı aktyorları çəkəcək. Lap kənardan aktyor gətirsə də, onları yaxşı oynatmalıdır. Büdcə də öz yerində.

Seçilən
24
1
dia-az.info

2Mənbələr