AZ

Valideynlər niyə evə yaxın məktəbləri bəyənmirlər? - Açıqlama

“Təhsilin keyfiyyəti coğrafiyadan asılıdır. Bütün təhsil müəssisələri mütləq şəkildə​ məzmunca və maddi-texniki təminatca eyni olmalıdır. Belə olan halda Bakıda heç kəs evinin yanındakı məktəbi qoyub, uşağını uzaq məktəblərə aparmaz. Nə özünü, nə də uşağını əziyyətə salmaz. Təəssüf ki, bütün təhsil müəssisələri məzmunca və maddi-texniki təminatca eyni deyil. Ona görə də valideyn uşağını taksiylə, şəxsi maşınla uzaq bir məktəbə aparır”.



Bu fikirləri Bakupost.az -a əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

O bildirib ki, təhsil qurumları ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında ciddi fərqlər olmamasına çalışmalıdırlar:

"Hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olmalıdır. Tədris prosesi elə təşkil olunmaldır ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun. Özəl və xüsusi təmayüllü məktəblər istisna olmaqla qalan bütün təhsil ocaqlarında normal tədris, kommunal şərait təmin edilməlidir. Əgər biz inkişaf etmiş ölkələr sırasına seçmək, yeni çağırışlara cavab vermək, ölkəni keyfiyyətli təhsillə təmin etmək, sözün əsl mənasında potensiallı insanlar yetişdirmək istəyiriksə, onda təhsilə baxışımızı köklü şəkildə dəyişməliyik”.

Sevinc,
BakuPost
Seçilən
116
bakupost.az

1Mənbələr