Konyada yaşayan Çiğdem E. 5 ay əvvəl itkin düşdüyü üçün yaxınları polisə şikayət edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Çiğdem E.-nin itkin düşməsini şübhəli hesab edən polis qadının ən son görüldüyü ərazilərin retrospektiv təhlükəsizlik kamera qeydlərini araşdırıb.
Araşdırmalar nəticəsində Çiğdem E.-nin ən son əfqanıstan əsilli 4 nəfərlə birlikdə görüldüyü müəyyən edilib.
Polis Çiğdem E.-nin qaçırılmış və ya öldürülmüş ola biləcəyi şübhəsi ilə 4 şübhəlini saxlayıb.
Dindirilmə zamanı Çiğdem E.-nin Karatay rayonu, Nakipoğlu məhəlləsi, Hacı Həsənbaşı küçəsində yerləşən fərdi yaşayış evinin bağçasında bıçaqla öldürüldükdən sonra basdırıldığı müəyyən edilib. Çiğdem E.-nin cəsədi bağçada qazıntı zamanı tapılıb.
Çiğdem E.-nin cəsədi incələnmə üçün tibbi ekspertizaya göndərilib. Şübhəlilər Konya Cinayət Bürosuna aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.