AZ

Abdullahi Şuaybu rəsmən "Qəbələ"də

Futbol üzrə Birinci Liqa təmsilçilərindən “Qəbələ” Abdullahi Şuaybunun transferini rəsmən açıqlayıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı nigeriyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.

"Kəpəz"dən yaxşı tanıdığımız Şuaybu hələ ötən mövsüm az qala futbol karyerasını bitirəcəkdi. Belə ki, mütəmadi keçirilən tibbi müayinədən sonra futbolçunun qanında Hepatit virusu aşkar olunmuşdu.

Bundan sonra bölgə təmsilçisi Şuaybu ilə yollarını ayırmalı olmuşdu. 

Bu yaxınlarda yenidən tibbi müayinədən keçən Abdullahın test nəticələri neqativ çıxıb və yeni komandasıyla müqavilə imzalayıb.

Qeyd edək ki, A.Şuaybu bunadək “Saksan” (Moldova) və Gəncənin “Kəpəz” klublarında forma geyinib. 

Afrikalı legioner bölgə klubunda keçirdiyi 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.

Bölgə klubunda məşqçi təyinatı

"Gəncə" oyunçusu ilə müqavilə yenilədi

Avro-2026: Millimizin oyunlarının təqvimi bəlli olub

Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi Azərbaycana gələcək

“Turan Tovuz”un kapitanı: “Rəqiblər bizlə oyunlara daha motivasiyalı çıxır”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
apasport.az

4Mənbələr