AZ

Qızıl Xaçın işçiləri öldürüldü

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətində Beynəlxalq Qızıl Xaç Komitəsinin humanitar missiyasının maşınlarını atəşə tutub.

 

Oxu24.com xəbər verir  ki,  hadisə zamanı  BQXK-nın tam ştatlı işçisi olan üç ukraynalı ölüb.

 

Prokurorluğun məlumatına görə, Rusiya hərbçiləri "ehtimal ki, Verolubovka kəndində (cəbhə xəttinə yaxın) BQXK-nın maşınlarına zərbələr endirmək üçün top artilleriyasından istifadə ediblər".

“BQXK-nın əməkdaşları evlərini qızdırmaq üçün yerli sakinlərə yanacaq briketləri paylamaq üçün kəndə gəliblər. Atəş zamanı onlar çatdırılan yardımı boşaldırdılar”, - deyə məlumatda bildirilir.

Prokurorluğun məlumatına görə, hücum nəticəsində 40, 41 və 48 yaşlı kişilər yerindəcə həlak olub, digər iki nəfər isə qəlpə yaraları və mina partlayışı xəsarətləri alıb. Rusiya ordusu bu bəyanatları şərh etməyib.

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, “təəssüf ki, Rusiyanın bu zərbəsi nəticəsində üç nəfər həlak olub”.

 

Miri

 

Seçilən
135
oxu24.com

1Mənbələr