AZ

AQTA sədri Gəncədə vətəndaşları dinləyib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, AQTA sədri Qoşqar Təhməzli sentyabrın 12-də Gəncə İdman Sarayında Gəncə, Naftalan şəhərləri və Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib, onları dinləyib.

Qəbuldan əvvəl agentliyin sədri Qoşqar Təhməzli və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.

Seçilən
46
3
hafta.az

4Mənbələr