AZ

“İnter”in futbolçusu A seriyasının ƏN YAXŞISI olub

Fransa millisinin və "İnter"in hücumçusu Markus Tyuram İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, bu mükafat uğrunda mübarizədə 27 yaşlı forvard Saul Koko (“Torino”), Xvila Kvaratsxeliya (“Napoli”), Dennis Men (“Parma”), Matteo Retiqi (“Atalanta”) və Duşan Vlahoviçi (“Yuventus”) qabaqlayıb.

Avqustda Turam A Seriyasında 3 oyun keçirib. O, bu matçlarda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "İnter" İtaliya çempionatında 7 xalla 4 klub arasında əlavə göstəricilərinə görə liderdir.

Qeyd edək ki, Turamın "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Hücumçunun transfer qiyməti 65 milyon avro qiymətləndirilir.

İdman.biz

Seçilən
121
idman.biz

1Mənbələr